Raqif Abbasov: \"“İdman ili”nin elan edilməsi sağlam həyat tərzi və orduya sağlam nəslin yetişdirilməsi deməkdir” - MÖVQE

Raqif Abbasov: \"“İdman ili”nin elan edilməsi sağlam həyat tərzi və orduya sağlam nəslin yetişdirilməsi deməkdir” - MÖVQE

"Neft sektorundan sonra iqtisadi gəlir gətirə biləcək ən böyük tədbirlərdən biri Olimpiya oyunlarıdır. Bu həm turizm infrastrukturu, həm mehmanxana şəbəkəsi, həm qida məhsullarının təbliği, Azərbaycanda sağlam həyat tərzinin həyata keçirilməsi, şəhər infrastrukturunun buna hazırlanması və ümumilikdə reklam cəhətdən gəlirlidir. Bununla yanaşı, investorların Azərbaycana cəlb olunması üçün əlverişlidir". Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 2011-ci ilin \"İdman ili\" elan edilməsini şərh edərkən SİA-ya verdiyi açıqlamasında deyib.

O bildirib ki, 2012-ci ilin "İdman ili"nin elan olunması yeni olimpiya komplekslərinin tikilməsi, 65 minlik tutumu olan futbol stadionun tikintisi, bədii gimnastika üzrə idman kompleksinin tikintisinin davam etdirilməsi deməkdir. R.Abbasovun sözlərinə görə, bütün bunlar olimpiya oyunlarında qarşılama, yola salma və oyunları zamanı daha yaxşı çıxış etməyə əsas deməkdir.

İdarə rəisi qeyd edib ki, cari ilin idman ili elan edilməsi Olimpiya oyunlarının 2020-ci ildə Azərbaycana gətirilməsi üçün çox böyük fürsətdir: "Veteran idmançlara fəxri adların verilməsi bugünki gündə tibbi bərpa, dopinqlə mübarizə kimi məsələlərdə Azərbaycanda müvafiq laboratoriyanın qurulmasına təkandır. "İdman ili" sağlam həyat tərzi, kütləviliyin artırılması, yeni mütəxəssisləri hazırlanması, idman yönümlü verilişlərin artırılması, orduya sağlam nəslin yetişdirilməsi deməkdir. Bütün bunları bir mənalı olaraq təkcə tədbirlərin vasitəsi ilə deyil, bu həm də strateji düşüncələrə, gələcəyə yönəlmiş bugünki sahəyə qanad ola biləcək böyük bir təkandır. Bunlar həmçinin, dövlət zəmanəti və bu sahəyə diqqətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə