Nazir müavini: “Yerlərdə müəyyən süründürməçilik, insanların get-gələ salınması ilə bağlı hallar olur”
"Yerlərdə müəyyən süründürməçilik, insanların get-gələ salınması ilə bağlı hallar olur. İndi də bəzi vaxtlarda belə hallara rast gəlinir. Əlbəttə, çalışırıq ki, nazirliyin əməkdaşları tərəfindən bəzi yerlərdə olan süründürməçiliklərin qarşısı alınsın". SİA-nın xəbərinə göərə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. O bildirib ki, ötən illərlə müqayisədə son zamanlar bu şikayətlərin, ərizələrin sayı xeyli azalıb. Nazir müavinin sözlərinə görə, bütün bunlar əməkdaşların vətəndaşlarla sıx əlaqədə işləməsi, müxtəlif vaxtlarda qəbulların keçirilməsi və onlara müvafiq məlumatların verilməsi nəticəsində olub.
"Vətəndaşların əsaslı şikayətlərilə bağlı konkret tədbirlər görülür. O zaman nazirliyin müxtəlif şöbələrinin müdirləri ilə birlikdə görüşlər keçirilir və onlara tapşırıq verilir ki, qısa zaman ərzində işlərin görülməsi ilə bağlı məlumat rəhbərliyə təqdim edilsin. Əgər vətəndaşlar ünvanlı sosial yardımlarını vaxtında ala bilmirsə, deməli sosial müdafiə ilə bağlı qanunvericiliyə zidd hansısa məsələləri var. Amma onların sənədlərində mövcud təlimata, qaydaya uyğun olaraq heç bir problem yoxdursa, onlara ünvanlı sosial yardım təyin olunur", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB