Cümə - dünyanın bir çox ölkələrində və ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin sayca beşinci günüdür.
Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir.
\"Cümə\" sözü ərəb dilindəki \" يوم CM\'A \" \"toplanmaq\" sözündən irəli gələrək yaranıb.
Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edilib. Ona görə də ingilis dilində cümə günü Friday adlanır.
Beş günlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahət günündən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edilir.
Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi.
İslam ölkələrində cümə günü qeyri - iş günüdür və kütləvi surətdə insanlar məscidlərdə namaz qılır. ABŞ-da cümə günü haqqında deyirlər: \"TGIF\" -\"Thank God It’s Friday\" (\" Sağ ol, Allah , bu gün cümədir!\")
Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınçdır.
Xristianlıqda Pasxadan öncəki Cümə günü İsanın çarmıxa çəkildiyi üçün yas günü sayılır. Ayın 13-nün Cüməyə düşdüyü günlər bəzi inanclara görə uğursuz qəbul edilir.
Cümə günü edilən ibadətlər, savablar digər günlərdəkindən iki qat artıq yazılar. Cümə günü işlənən günahlar da iki qat yazılar.
Şənbə günləri yəhudilərə, Bazar günləri Xristianlara verildiyi kimi, Cümə günü də, Müsəlmanlara verilib. Bu gündə müsəlmanlara xeyir, bərəkət və yaxşılıq vardır.
Cümə günü daha öncəki kitab əhlinə də verilib. Lakin onlar, onu qəbul edib-etməmək barəsində ixtilaf edincə, o gün onlardan alındı. Ondan sonra bizə verildi və bizim üçün bayram günü edildi.
Cümə günü və ya gecəsində vəfat edən möminlərə şəhid savabı verilir. Bir müsəlman, Cuma günü qüsl dəstəmazı alıb, Cümə namazına gedərsə, bir həftəlik günahları inşa Allah əfv olar və hər addımı üçün savab verilər.
Günlərin ən qiymətlisi cümədir. Cümə günü bayram günlərindən və Aşura günündən daha qiymətlidir. Cümə dünyada və Cənnətdə möminlərin bayramıdır.
Nə yarpağınız qurusun, nə gülünüz solsun, hər tutduğunuz qızıl olsun, ovuclarınız səmada, dodaqlarınız duada olsun, hər an və hər günkü dualarınız qəbul olsun…
CÜMƏNİZ MÜBARƏK OLSUN!
Bütün xəbərlər Facebook səhifəmizdə