AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi hesabatını açıqladı
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi hesabatını açıqlayıb. SİA-nın xəbərinə görə, bölmənin katibi akademik Akif Hacıyev bildirib ki, hazırda bölmənin müəssisələrində 1934 nəfər işçinin çalışıb. A.Hacıyev bunlardan 1085 nəfərin elmi işçi, elmi işçilərin 175 nəfərinin elmlər doktoru, 446 nəfərinin isə elmlər namizədi olduğunu diqqətə çatdırıb. Bölmədə 16 akademik, 26 müxbir üzv çalışır. Bölmə əməkdaşları 13 patent almış (1 xarici), patent almağa 25 iddia sənədi verib, onlardan 24-ü isə qeydə alınıb.
Hesabat ilində Bölmənin əməkdaşları tərəfindən 11 monoqrafiya (5 xarici), 15 kitab, 30 dərslik və elmi-kütləvi nəşr, 1286 məqalə (218 SCİ jurnalları) çap olunub. Məqalələrin 605-i xaricdə çap olunub. Bölmədə 52 (34-ü əyani, 18-i qiyabi) doktorant təhsil alır, 23 doktorant isə təhsilini başa vurub. Bundan əlavə bölmə müəssisələrində 136 nəfər mütəxəssis dissertant kimi elmi- tədqiqat işi aparır. Hesabat dövründə bölmə əməkdaşları 27 fəlsəfə doktoru və 6 elmlər doktoru dissertasiyasını müdafiə edib, 25 fəlsəfə doktoru və 9 elmlər doktoru dissertasiyasını müdafiəyə hazırlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB