200 kq-a yaxın keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib

200 kq-a yaxın keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı


Bakının Nizami rayonunda;

C.Naxçıvanski küçəsi, ev 11/13 ünvanında Xaqani Əsədova məxsus mağazada, R.Rüstəmov küçəsindəki "Ən ucuz market"də və Sahib Səlimova məxsus mağazada;


Yasamal rayonunda;

F.Ağayev küçəsi, 558-ci məhəllə, ev 11 ünvanında yerləşən "Fateh market"də, H.Cavid küçəsində Arif Məmmədova məxsus mağazada və "Kazbek market"də, Ə.Haqverdiyev küçəsi, ev 7, mənzil 31 ünvanındakı "Elçin market"də;


Səbail rayonunda;

H.Abdullayev küçəsi, 8 ünvanında yerləşən "Sevimli dad market"də; Xətai rayonunda M.Rüstəmov küçəsi, 34C ünvanında Marifə Yusifovaya məxsus mağazada;

Binəqədi rayonunda;

Dairəvi küçəsi, 64 ünvanında Hicran Vəlizadəyə məxsus mağazada, H.Hüseynov küçəsi, ev 23 ünvanında yerləşən "Osman market"də;


Nərimanov rayonunda;

Əhmədbəy Ağa oğlu küçəsi, ev 9 ünvanında yerləşən "Natiq market"də, A.Molla Cümə küçəsi, ev 15B ünvanındakı "Naf market"də, Z.Xəlil və Mayakovski küçələrinin kəsişməsində Arif Məmmədova məxsus mağazada, A.Heydərov küçəsində Süleyman Mədətova və Əsgər Bayraməliyevə məxsus mağazalarda, A.Nemətulla küçəsi, ev 26A ünvanındakı "Green Field market"də, T.Şıxəliyev küçəsi, ev 10 ünvanında Musa Şahbazova məxsus mağazada, İ.Hidayətzadə küçəsində Murad Muradova və Könül Məmmədovaya məxsus mağazalarda, H.Əliyev prospekti ilə İ.Hidayətzadə küçəsinin kəsişməsində yerləşən "Məhəllə market"də ümumi çəkisi 200 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub. Keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, bir sıra obyektlərdə satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunub. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə