Qeyd etdiyimiz bayram Gəncədə bəzi vətəndaşlar üçün elə də uğurlu olmayıb. Təkcə bayramda və sonrası gündərdə Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri 300-ə yaxın çağırışa çıxıblar.
Rəsmi statistika göstərir ki, gücləndirilən iş rejiminin tətbiqinə böyük ehtiyac var. Həkim Faiq Musayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, əsasən qan təziqinin yüksəlməsi, qida rasionunu pozan və ürək-damar xəstəliyindən əziyyət çəkən insanların vəziyyəti daha pis olub. Gücləndirilən iş rejimi isə hələ yanvar ayının 10-na kimi davam edəcək. Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin sayı da artırılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB