Düşənbədə Qarabağ həqiqətləri barədə rus və ingilis dillərində bröşür çap olunub

Düşənbədə Qarabağ həqiqətləri barədə rus və ingilis dillərində bröşür çap olunub
AzərTAc xəbər verir ki, Düşənbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında "Tarixi təhrif etmək olmaz-tarixi ədalət zəfər çalacaq" bröşürü rus və ingilis dillərində çap olunmuşdur.Kitabça Azərbaycanın Tacikistandakı səfirliyinin əməkdaşları tərəfiindən hazırlanmışdır.Bröşürdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, problemin müasir mərhələləri, Azərbaycana qarşı aparılan təcavüz nəticəsində dağıdılmış və məhv edilmiş maddi mədəniyyət abidələri, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında geniş məlumat verilir. Nəşrdə danışıqlar prosesi və münaqişənin sülh yolu ilə həlli istiqmətində Azərbaycanın mövqeyi, problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər sənədlər, həmçinin yüksək rütbəli şəxslərin bəyanatları yer almışdır.Kitabça Tacikistan Xarici İşlər Nazirliyinə, Düşənbədə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlara, digər dövlət qurumlarına və KİV-lərə təqdim edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə