Yol qəzasında bir nəfər ölüb

Yol qəzasında bir nəfər ölüb

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, rayonun Muğangəncəli sakini, 1985-ci il təvəllüdlü Həsənov Taleh Əyyam oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə rayonun Cəngən kənd sakinləri olan piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Soltanov Damət Əlpənah oğlu hadisə yerində dünyasını dəyişib, 1968-ci il təvəllüdlü Vəliyev Mübariz Əzizağa oğlu isə xəsarətlə Salyan rayon xəstəxanasına yerləşdirilib.

Sürücü piyadaları vurduqdan sonra avtomobilin idarəetməsini itirərək yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə o da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə