Elza Seyidcahan YAP-ın Gənclər Təşkilatının yeni binasında olub- FOTOSESSİYA

Elza Seyidcahan YAP-ın Gənclər Təşkilatının yeni binasında olub- FOTOSESSİYA

Bu gün əməkdar artist, bəstəkar Elza Seyidcahan Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının yeni binasında olub. SİA-nın məlumatına görə, ilk olaraq təşkilatın rəhbəri Seymur Orucov çıxış edərək bildirib ki, qurumun 220 mindən artıq üzvü var: "Bu say gələcəkdə daha da artacaq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, hər şey yüksək səviyyədə olsun".

S. Orucov onu da qeyd edib ki, dekabrın 30-da təşkilat yerli məkanların birində yeni il şousu təşkil edəcək və təşkilatın gəncləri orada iştirak edəcək. Təşkilat rəhbəri həmçinin əlavə edib ki, müğənninin gələcəkdə konsert təşkilatı üçün nə lazım olsa yerinə yetirməyə hazırdır.

Daha sonra E. Seyidcahan gənclərə göstərilən diqqət və qayğıya görə təşkilatın rəhbərinə təşəkkürünü bildirib: "YAP-ın üzvü olduğumdan bu kimi tədbirlərdə iştirak etməyi özümə borc bilirəm. Hətta digər xarici ölkələrdə olanda belə şahidi oluram ki, gənclərə necə diqqət ayırırlar. Hər zaman gənc nəslə məsləhətlərimizi, dəstəyimizi əsirgəməməliyik. Gənclər bizim gələcəyimizdir. Bina da yüksək səviyyədə hazırlanıb. Bu cür şəraitdə gənclərin çalışmaları gələcəyimizin daha da parlaq olmasına zəmin yaradır. Günü- gündən Azərbaycan inkişaf edir. Bu inkişafda da gənclərimizin rolu danılmazdır".

Sonda isə təşkilatın rəhbəri Elza Seyidcahanı təmirdən yeni çıxan bina ilə tanış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə