Yevlaxın daha bir kəndi mavi yanacaqla təchiz olunub

Yevlaxın daha bir kəndi mavi yanacaqla təchiz olunub

Yevlaxın daha bir kəndi 20 illik fasilədən sonra mavi yanacaqla təchiz olunub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Cırdaxan, Varvara, Ağqıraq və Bağçılıq kəndlərindən sonra eyni daşıyıcı kəmər üzərində olan növbəti ünvana - Səmədabad kəndinə qaz verilib. Bunun üçün 6,5 km uzunluğu olan daşıyıcı kəmərdən 7 min metr kəndarası boru xətti çəkilib. Birpilləli sistemə əsasən yaşayış məntəqəsindəki 495 abunəçinin hər birinin mənzilinə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Yaxın günlərdə daha bir neçə kəndə qaz verilməsi nəzərdə tutulur.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə