Krımlı nazir Bakıya səfəri çərçivəsində turizm potensialı barədə təqdimatla çıxış edib

Krımlı nazir Bakıya səfəri çərçivəsində turizm potensialı barədə təqdimatla çıxış edib

Bu gündən Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyevin başçılığı ilə nümayəndə heyətinin Bakıya səfəri başlayıb. SİA-nın xəbərinə görə, qonaq bu gün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və KİV nümayəndələri üçün təqdimat keçirib. Krım Muxtar Respublikasının kurort– turizm imkanlarını təbliğ etmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən Krım və Azərbaycanın turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Tədbirdə krımlı nazir muxtar respublikanın turizm potensialı, inkişafı barədə ətraflı məlumat verib. O bildirib ki, Krımla Azərbaycan arasındakı turizm əlaqələri daha da inkişaf etdirilməli və mühüm işlər görülməlidir. Ölkədəki mövcud vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən nazir Azərbaycan və Krım arasında hələ görüləsi işlərin çox olduğunu deyib.

Qeyd edək ki, səfər çərçivəsində Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyev nümayəndə heyətinin Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə