Nazir: “Krım və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığı genişləndirmək lazımdır”

Nazir: “Krım və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığı genişləndirmək lazımdır”

Krım və Azərbaycan arasındakı turizm əməkdaşlığını genişləndirmək və iki ölkənin turist axınını artırmaq lazımdır. SİA-nın xəbərinə görə, bunu Krımın kurort və turizm naziri Aleksandr Liyev deyib. O bildirib ki, burada söhbət təkcə azərbaycanlıların Krıma səyahətindən getmir. Azərbaycan sakinləri üçün xüsusi və maraqlı turların təşkil olunduğunu deyən nazirin sözlərinə görə, onlar Krımdan Azərbaycana olan turist axınını artırmaq niyyətindədir. O qeyd edib ki, 2,5 milyonluq Krım əhalisinin 15%-ni təşkil edən krım tatarları Azərbaycan mədəniyyəti və ölkənin inkişafı ilə çox maraqlanır.

"Krım həmçinin, unikal kurort və sağlamlıq imkanlarına malikdir. Bu gün digər xalqlarla yanaşı, azərbaycanlılar da Krım sanatoriyalarında müalicə alırlar. Praktik olaraq, hər gün sanatoriyalarda Azərbaycandan 30-40 xəstə olur. Biz Azərbaycana səfər çərçivəsində sakinlər üçün məqbul qiymətə və mühüm əhəmiyyətli 3 xüsusi turlar təşkil olunur. Bu gün Azərbaycanın 4 turist şirkəti Krım turist şirkətləri ilə birgə fəaliyyət göstərir. Hazırda Krımda 240 sanatoriya fəaliyyət göstərir ki, bunlar da klinik müalicə formatına malikdir", - deyə o əlavə edib.

A.Liyev həmçinin qeyd edib ki, Krımdan Azərbaycana olan turist axını tərəflərin mövcud potensialını əks etdirmir: "Biz Bakı və Simferopol arasındakı 4 aviakampaniyanın davamlı hava əlaqəsininn yaradılması barədə bir sıra danışıqlar aparacağıq. Əlbəttə, onlardan biri də"Azərbaycan Hava Yolları" ilə əlaqələrin qurulmasıdır".


Bütün xəbərlər Facebook səhifəmizdə