Tvinninq Layihəsi ilə əməkdaşlıq ölkədə təhlükəsiz və sağlam əmək şəraitinin təminatına öz töhfəsini verir
"Azərbaycan Respublikasında təhlükəsiz və sağlam əmək şəraitinin (TSƏŞ) təkmilləşdirilməsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) Dəstək" Tvinninq layihəsinin rəhbər komitəsinin ikinci iclası keçirilib. SİA-nın xəbəirnə görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarının, o cümlədən nazirlik yanında DƏMX-nin məsul şəxsləri, Tvinninq layihəsinin səlahiyyətli nümayəndələri, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəsmisi, Almaniya Federativ Respublikasının (AFR) ölkəmizdəki səfirinin müavini, sosial tərəfdaşlar, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) üzvləri və digər şəxslər iştirak edib.
Tvinninq Layihəsinin müşaviri Karl Kuhn, DƏMX-nin rəis müavini Rauf Tağıyev Layihənin icrası ilə bağlı olaraq ötən üç ay ərzində milli qanunvericilik sisteminə dəyişikliklərin edilməsi, təlim strategiyasının hazırlanması və digər sahələrdə əldə edilən nailiyyətlər, habelə gələcək perspektivlər barədə ətraflı məlumatlar veriblər.
İclasda həmçinin BMK-nın müxtəlif ölkələrdəki iş təcrübəsindən faydalanmaq məqsədi ilə Layihə və DƏMX-nin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bu sahədə uğurların davamlılığını təmin etmək məqsədilə DƏMX-nin mərkəzi və iki regional laboratoriyalarının institusional və mütəxəssis potensialının gücləndirilməsi istiqamətində növbəti Tvinninq layihəsinin qısa zamanda işlənib hazırlanması və Aİ-nin Azərbaycandakı nümayəndəliyinə təqdim olunmasını təklif edib. Aİ-nin layihələr üzrə əlaqələndiricisi Kristoff Kasilas və digər iclas iştirakçıları Layihənin fəaliyyətini, o cümlədən DƏMX ilə sıx əməkdaşlığını yüksək qiymətləndirib, bu sahədə işlərin Aİ ilə tərəfdaşlıq prinsiplərinin əməli ifadəsi olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB