Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Beynəlxalq Mətbuat Mərkəzi ilə birlikdə "Tariximizi öyrənək" adlı layihəsinə start verib. SİA-nın məlumatına görə, layihə çərçivəsində peşəkar tarixçilər tərəfindən master klasslar təşkil ediləcək. Bu gün isə layihənin təqdimatı keçirilib.
İlk olaraq çıxış edən AJQA-nın prezidenti Sevil Yusifova bildirib ki, jurnalistlər bütün dünyanı gəzir və eyni zamanda həmkərlarımın yazdıqları məqalələr digər xalqlarda millətimiz haqqında fakir formalaşdırır: "Bizim nəsil jurnalistləri Azərbaycan tarixini əsasən rus imperiyasının bizə təqdim etdiyi dərsliklərdən öyrənib. Baxmayaraq ki, məktəb və universitetdə oxuduğumuz illər müstəqillik dövrünə təsadüf edirdi. O zaman azadlığımızı yeni əldə etmiş dövlət olaraq hələ doğru tarixi ərsəyə gətirənə kimi çox gözləməli olduq".
Sevil Yusifova onu da qeyd edib ki, orta məktəb dərsliklərində problemlər var: "Dərsliklər neçə dəfə təkrar işlənməsinə baxmayaraq hələ də qüsurlar qalmaqdadır. Bunlar isə insanları çaşdırır və çoxlu sayda suallar yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB