İntiqam Babayev: \"Azərbaycanda Gənclər Fondu fəaliyyətə başlayacaq\"

İntiqam Babayev: \"Azərbaycanda Gənclər Fondu fəaliyyətə başlayacaq\"

2012-ci ildə Azərbaycanın İdman və Gənclər Nazirliyi yanında Gənclər Fondu fəaliyyətə başlayacaq. Bu barədə jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.


\"Bu fondun köməyi ilə gənclərin aktiv hissəsinin böyük və ölkə üçün strateji əhəmiyyətə malik layihələrin reallaşdırılmasına cəlb edilməsi, Azərbaycanda gənc alimlərin fəaliyyətinin təşviqi, eləcə də ölkə iqtisadiyyatının xarici alimlər tərəfindən öyrənilməsi nəzərdə tutulur\", - nazir müavini deyib.


Onun sözlərinə görə, fond şəxsi büdcəyə malik olacaq ki, bu büdcə dövlət büdcəsi vəsaitləri, qrantlar və fondun öz gəlirləri heabına formalaşacaq.


\"Bu gün artıq fondun əsasnaməsi hazırlanıb və hüquqi ekspertizası aparılır. Fondun artıq 2012-ci ildə fəaliyyətə başlayacağı gözlənilir\", - İ.Babayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə