Elmar Məmmədyarov Meksika Senatının nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Meksika Senatının nümayəndə heyətini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Azərbaycanın Meksika ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayaraq, ikitərəfli əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığını qeyd edib. Nazir əlaqələrimizin inkişafı üçün əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində genişləndirməyin zəruriliyini vurğulayıb.

Daha sonra nazir Elmar Məmmədyarov Meksikalı parlamentarilərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib və Meksikanın münaqişənin həllində tutduğu mövqeyə görə Azərbaycan tərəfinin təşəkkürünü bildirib.

Görüşdə eyni zamanda iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə