Mətbuat Şurası “Nəsir İmamquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirib&nb
Bu gün Mətbuat Şurası görkəmli jurnalist, ictimai xadim, publisist Nəsir İmamquliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, "Nəsir İmamquliyev irsi və müasir jurnalistikamız" mövzusunda keçirilən konfransda bir sıra görkəmli xadim və ziyaylılar iştirak edib. Konfransa giriş sözü ilə başlayan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistika tarixində öz mövqeyi və xüsusi yeri olan Nəsir İmamquliyevin yaratdığı və uzun müddət rəhbərlik etdiyi "Bakı" və "Baku" qəzeti özünə kifayət qədər oxucu kütləsi toplamağı bacarıb. Konfransda çıxış edən Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin kafedra müdiri, proffessor Cahangir Məmmədli isə qeyd edib ki, Nəsir İmanquliyev 87 illik ömür yolunun 70 ilini Kütləvi İnformasiya Vasitələrinin quruculuğu işinə həsr edib və sözün əsl mənasında məktəb yaradıb. Tədbirdə iştirak edən Prezident Adminstrasiyansının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Nəsir İmamquliyevin çoxillik fəaliyyətini diqqətə çatdıraraq, onun jurnalistika fakültəsinin təşəkkülündə və inkişafında qoyub getdiyi irsindən danışıb. Konfransda çıxış edən Bakı Dövlət Universitetinin (BDU) müəllimi, professor Şirməmməd Hüseynov Nəsir İmamquliyev yaradıcılığına diqqət çəkərək, onun jurnalistika sahəsindəki əməyini xüsusi vurğulayıb. Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən Nəsir İmamquliyevin 100 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Mətbuat Şurası və Azərbaycan Jurnalistlər birliyi tərəfindən müxtəlif tədbirlərin keçirilməsi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB