Tərtərin cəbhə kəndlərinə qaz verilişi başlanıb

Tərtərin cəbhə kəndlərinə qaz verilişi başlanıb

Tərtərin cəbhə kəndinə ilk dəfə olaraq qaz verilib. Sovetlər dönəmində belə qaz olmayan rayonun Hüsənli kəndinə mavi yanacaq verilib. Bu münasibətlə təşkil edilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri ilə yanaşı rayon ictimaiyəti və Tərtər rayon icra başçısı Ceyhun Cəfərov da iştirak edib.

Qeyd edək ki, dövlət vəsaiti hesabına kənddə bütün evlərə qaz xəttləri çəkilib, sayğaclar qoşulub. Ümumilikdə isə 419 ailəyə mavi yanacaq verilib.

Hazırda rayonun Qarağacı, Qağanlı və Qaradağlı kəndlərində qaz çəkilir. Yaxın günlərdə isə Əksipara və Səhlabat kəndlərinə mavi yanacağın çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, dövlət proqramına əsasən yaxın iki ildə rayonun bütün kəndləri qazla təmin olunacaq.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə