"Bayıl sürüşməsi ilə bağlı təhlillər aparılır. Bu təhlilləri üçün Yaponiyadan Azərbaycana mütəxəssislər gəliblər". SİA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, onlar sürüşmənin dərinliyini, kütlənin həcmini və sürüşmənin hansı yerlərdə fəsad törədə bilməsi ilə bağlı təhlillər aparırlar.
"Artıq təhlillərlə bağlı yekun sənədlər hazırlanır. Biz bu üsullarla tanış olmuşuq. Azərbaycan sürüşmənin qarşısını ən müasir üsullarla alacaq. Yeni texnologiyalarla tanışlıq və təhlillər bitdikdən sonra nəticə ictimaiyyətə açıqlanacaq. Şəhidlər Xiyabanına gəlincə, konkret olaraq Şəhidlər Xiyabanı üçün sürüşmə təhlükəsi yoxdur", - deyə o əlavə edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB