Ağdamda məcburi köçkünlərin suyu kəsilib

Ağdamda məcburi köçkünlərin suyu kəsilib

Ağdamda məcburi köçkünlər əzab əziyyətlə əkdikləri taxılı suvara bilmirlər. Subartezan quyusu elektrik enerjisindən ayrıldığından əkin sahələri susuzluqdan yanır. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonda müvəqqəti məskunlaşan məcburi köçkünlər 10 ildən çoxdur ki, əkin sahələrini bu su quyusu vasitəsi ilə suvarsalar da qəsəbənin icra nümayəndəsi sakinlərə verilən suyu bağlayıb.

2001- ci ildə subartezan quyusu Qeyri Hökümət Təşkilatlarını xətti ilə qazılsa da məcburi köçkünlər bu müddət ərzində quyuda təmir və bərpa işlərinidə şəxsi vəsaitləri hesabına aparıblar. Ancaq su quyusuna bu günə qədər elektrik sayğacı qoyulmayıb.

Sakinləri narahat edən əsas məsələ əkin sahələrinin suvarılması üçün istifadə edilən subartezan quyusunun içməli su kimi qeydiyyata alınaraq su pulunun ödənişinin yüz faiz olmasıdır. Əslində isə sakinlər əkin sahələrinin suvarılması üçün istifadə etdikləri enerjinin 13 faizini ödəməlidir. Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyətindən bildirdilər ki, sözü gedən subartezan quyusu bu günə qədər heç bir idarə və təşkilat tərəfindən qeydiyyata alınmayıb. İndi icra hakimiyyəti bu su quyusunun hansı idarəyə verilməsi barədə məsləhətləşmələr aparır. Hələlik subartezan quyusu heç bir idarəyə verilməyib.

Qeyd edək ki, bu günlərdə quyuya elektrik şəbəkəsi tərəfindən sayğac qoyularaq sakinlərə su veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə