Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının modul metodologiyası üzrə beynəlxalq ekspert Klod Vassamillet tərəfindən təlim keçirilib. SİA-nın xəbərinə görə, təlimlər "Sosial Müdafiənin İnkişafı Layihəsi: 2010-2012-ci illər üçün Modul Təlim Proqramları" Layihəsi çərçivəsində baş tutub.
İştirakçılara 4 günlük təlim müddətində modul kurrikulumlarının hazırlanması konsepsiyasının meyarları, modul strukturunun icrası, peşələr ilə bağlı qlobal meylləri əks etdirmək məqsədilə modulları təkmilləşdirmək və ya yenilərini hazırlamaq üçün modul seçimi və modulun qlobal və xüsusi məqsədlərinin yazılması barədə məlumat verilib. İştirakçılar həmçinin, modulların güclü və zəif cəhətlərinin müəyyən edilməsi üçün qiymətləndirmə meyarlarından istifadə, qiymətləndirmə meyarlarına uyğun olaraq modulların təkmilləşdirilməsi, yeni bacarıqlara yiyələnmək və ya mövcud olanları təkmilləşdirmək məqsədilə ənənəvi tədris və təlim metodları və s. barədə biliklər əldə ediblər.
Təlimdə modul tipli təlim proqramlarının hazırlanmasına cəlb edilmiş yerli mütəxəssislər və layihənin icra qrupunun əməkdaşları iştirak ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB