Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Qadınlar və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Parisə gedəcək.
Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda qadın haqlarının pozulmasına qarşı mübarizə, müsəlman qadınlara bərabər imkanlar verilməsi, siyasi partiyalarda gender bərabərliyinin tətbiqi və s. məsələlər müzakirə olunacaq.
Səfər dekabrın 9-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB