Bölgələrdə təbii qaz çəkilişləri davam edir. Bu dəfə Bərdənin Soğanverdilər kəndində mavi yanacaq verilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Soğanverdilər kəndində mavi yanacağın verilməsi münasibəti ilə təşkil edilən açılış mərasimində rayon icra başçısı Vidadi İsayev və millət vəkili Zahid Oruc da iştirak edib.
Sonuncu dəfə 18 il bundan əvvəl təbii qaz yandırdığını deyən kənd sakinləri bu günə qədər sobasını odunla qızdırmalı olub. Qış aylarında kəndlilər daha çox əziyyət çəkirlər. Soğanverdilər kəndində təbii qaz verilməsi ilə rayonda abonetlərin sayı 14 minə çatıb. Kəndə 15 km metr uzunluğunda qaz kəməri çəkilərək 322 ailə mavi yanacaqla təmin edilib.
Hazırda Bərdənin digər kəndlərinə də təbii qazın verilməsi məqsədi ilə işlər aparılır və yaxın günlərdə rayonunun daha bir neçə kəndə mavi yanacaq veriləcək. Növbəti ildə də bu işlər daha geniş şəkildə davam etdiriləcək. Rayonun 109 kəndi var ki, bu günə qədər cəmi 33 kəndə təbii qazla təmin edilib. \"2011-2013-cü illərdə regionların inkişafına dair Dövlət proqramına\" uyğun olaraq digər yaşayış məntəqlərinin qazlaşdırlması istiqamətində işlər davam etdirilir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB