Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının ilk iclası keçirilib
Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Gürcüstandaki hazırki ictimai-siyasi durum, Ahıska türklərinin Gürcüstana dönmələri prosesindəki ləngimələr və Borçalıdakı sosial-iqtisadi vəziyyət müzakirə edilib. Ali Şura iclasında çıxış edən Konfederasiyaının vitse-prezidenti Əsəd Əliyev qeyd edib ki, yaxın bir ay ərzində Suriya, İraq, BƏƏ və Ukraynada yaşayan qarapapaq türklərinin Məclisləri çağrılacaq və milli təşkilatları təsis ediləcək. İclasda Süleyman Əliyev Gürcüstan Türkləri Konfederasiyasının Ali Şurasının ilk Sədri seçilib, İsrail Məhhərəmov isə Konfederasiyanın Baş katibi təyin edilib. Bununla belə Ali Şura təşkilati məsələlərə də baxıb. Gürcüstan Gənc Azərbaycanlılar Asssosiasiyası "AMAL" Konfederasiyaya assosativ üzv qəbul edilib və Ali Şura Konfederasiyanın bayrağını təsdiq edib. Bu bayrağın Qarapapaq türklərinin milli bayrağı kimi tanınması üçüçn qarapapapq türklərinin digər təşkilatlarına rəsmi müraciətlər göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB