Qənirə Paşayeva: “Qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi getdikcə artır”
Azərbaycanda səfərdə olan böyük britaniyalı jurnalist Jackie Storer Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva ilə görüşüb. SİA-nın xəbərinə görə, geniş fikir mübadiləsi zamanı millət vəkili ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib. Ermənistanla sərhəd, cəbhə bölgələrindən birinin təmsilçisi olaraq millət vəkili Qənirə Paşayeva Jackie Storerə Ermənistan Silahlı Qüvvələrinin snayperlərlə dinc azərbaycanlıları, məktəbləri hədəfə alması, qəbirstanlıqları yandırması, 13 yaşlı Aygün Şahmalıyevanı oyuncağa quraşdırdıqları partlayıcı qurğu ilə qətlə yetirmələri, Fariz Bədəlovun simasında körpə yaşlı uşaqları qətlə yetirmələri kimi vandalizm aktları barədə məlumatlar verib.
Görüş zamanı böyük britaniyalı jurnalıst Azərbaycanda qadın haqları, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi, məişət zorakılığına və erkən nikahlara qarşı mübarizə, qadın alverinin azaldılması istiqamətində görülən işlərlə bağlı millət vəkilinə suallar ünvanlayıb və bu istiqamətdə də geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva bu istiqamətlərdə parlamentin gördüyü işlər, qəbul olunan qanunlar, əldə olunan nəticələr və həllini gözləyən problemlərlə bağlı məlumatlar verib. O bildirib ki, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi getdikcə daha da artır və bu rolun daha da artması ölkənin siyasətində prioritetlərdən biridir.
Görüş zamanı bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB