Azərbaycan və Rusiya alimləri geologiya sahəsində birgə tədqiqatlar aparacaq

Azərbaycan və Rusiya alimləri geologiya sahəsində birgə tədqiqatlar aparacaq

Rusiya Elmlər Akademiyası Yer Fizikası İnstitutunun direktoru, Yer elmləri bölməsinin akademik katibi Aleksandr Qliko Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda olub. SİA-nın xəbərinə görə, qonağı AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə qəbul edib.

Görüş adları qeyd olunan iki institut arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyıb. Bu istiqamətdə müzakirə aparan akademiklər birgə əməkdaşlığın prioritet istiqamətlərini müəyyən ediblər. Əldə olunan razılığa görə, hər iki institutun alimləri geodinamika, geotermiya, paleomaqnetizm və seysmologiya sahələrində birgə tədqiqatlar aparacaqlar.

A.Qliko Azərbaycanda Geologiya İnstitutu tərəfindən geodinamika sahəsində aparılan GPS (qlobal yer təyinetmə sistemi) tədqiqatlarının yüksək səviyyədə olduğunu qeyd edib. O, həmçinin Azərbaycanın seysmik şəbəkəsini MDB-də ən yaxşı təchiz olunmuş seysmik sistemlərdən biri kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə