Əli Məsimli: “Azərbaycan və Türkiyə arasında imzalanmış sazişlər geosiyasi nöqteyi-nəzərdən də böyük əhəmiyyət kəsb edir”
"Azərbaycan və Türkiyə arasında enerji sahəsində imzalanmış sazişlər geosiyasi nöqteyi-nəzərdən də böyük əhəmiyyət kəsb edir. Çünki, neft və qaz sadəcə iqtisadiyyat deyil, həm də geosiyasətdir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, bu sazişlərlə Azərbaycan qazının dünya satış bazarlarına çıxarılması işində real addım atılıb. Onun fikrincə, imzalanmış sənədlər psixoloji baxımdan da əhəmiyyət kəsb edir və "Cənub axını" layihəsinin reallaşdırılmasına inamı artırır: "Məlum olduğu kimi, 1994-cü ildən etibarən neft sahəsində 30-dan çox beynəlxalq müqavilə imzalanıb. Hazırda bu layihələrin ən məsuliyyətli reallaşdırılma dövrüdür. Başqa sözlə, Azərbaycan XXI əsrin enerji geosiyasətinə töhfə vermək imkanlarına malik olan güc əldə edib. Bununla belə, Bakı XXI əsrin enerji geosiyasətində oyunçu olmaq gücündədir. Azərbaycan bu sazişləri imzalamaqla, ilk növbədə öz milli maraqlarını, təhlükəsizlik mənafelərini nəzərə alıb. Burada həmçinin, ölkənin əsas ixracat məhsulları olan neftin və qazın dünya bazarlarına təhlükəsiz şəkildə tədarük edilməsi də təmin edilir" deyə komitə üzvü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB