"Məşədi Əzizbəyov" metro stansiyası ilə bərabər sözügedən ərazinin ətrafında beş piyada keçidi də istifadəyə veriləcək. SİA-nın Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin stansiyanın ətrafında nəqliyyat sıxlığı olduğundan piyadaların yol keçməsi zamanı çətinliklər yaranır. Bu problemlərin qarşısını almaq məqsədilə piyada keçidlərin tikintisi ilə bağlı layihə hazırlanıb".
Qeyd edək ki, "Məşədi Əzizbəyov" metro stansiyasının ilin sonuna kimi istismara verilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB