Bir neçə ərəb dövləti Bəşər Əsədə sığınacaq verə bilər. Belə ki, əgər Suriya prezidenti hakimiyyəti xalqa təslim etsə, ona bu şərait yaradılacaq. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki,
ABŞ dövlət katibinin köməkçisi Ceffi Feltman senatorlar qarşısında çıxış edərkən bu məlumatı verib.
Lakin bütün bunlarla yanaşı Feltman Suriya müxalifətinə zorakı gücdən yayınmağı məsləhət görüb. Belə ki, müxalifətin davamlı aksiyaları rejimin xeyrinə işləyən vasitədir.
Dövlət katibinin digər köməkçisi Lyuk Brunin isə vurğulayıb ki, Suriya rejiminin sıxışdırılmasında iqtisadi sanksiyalar da az rol oynamayıb. Onlardan ən önəmlisi isə Suriya neftinin ixracına qoyulan embarqodur.
Xatırladaq ki, ABŞ-ın Suriyadakı səfiri bu ölkəni oktyabr aynda tərk etdikdən sonra onun yenidən həmin ölkəyə qayıtmayacağı bildirilirdi. Lakin onun yaxın günlərdə öz postuna dönəcəyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB