Mirkazım Seyidov: “Birgə medianın yaranması ümumtürk birliyin yaranmasına təkan verə bilər” - MÖVQE

Mirkazım Seyidov: “Birgə medianın yaranması ümumtürk birliyin yaranmasına təkan verə bilər” - MÖVQE

"Qloballaşan dünyada xalqların problemləri də çoxlamağa başlayır. Bu gün türkdilli xalqlar dünyanın hər bir ölkəsinə səpələnib. Tək Rusiyada 10-ə qədər müxtəlif türkdilli xalqlar məskunlaşıb. Türkdilli xalqların Bakıda kerilən medai forumu onun siyasi birliyə çevrilməsinə zəmin yaradır". Bunu SİA-ya açıqlamasında Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidov deyib.

O bildirib ki, türkdilli xalqların media birliyi ümumi türk mədəniyyətinin inkişafı və onun formalaşması, dünya ictiamiyyətinə təqdim olunmasına şərait yaradır. Ona görə də belə bir qurumun əhatə dairəsinin daha da genişlənməsi, inkişaf etməsi üçün əlavə tədbirlər proqramının hazırlanmalı olduğunu deyən M.Seyidov vurğulayıb ki, birgə agentliyin, televiziyanın yaranması ümummilli birliyin siyasi birliyə çevrilməsinə böyük təkan verə bilər.

"Rusiya ərazisində çoxlu sayda türkdilli xalqlar yaşayırlar. Bu türklərin tarixi mədəniyyətlərini öyrənmək, ümumi türk mədəniyyətinə, birliyə xidmət etmələrinə yanaşmaq üçün daha sıx işlər görmək lazımdır. İnanıram ki, Bakıda keçirilən forum gələcək böyük işlərin ərazisinin genişlənməsinə təkan verəcək. Bu da qloballaşan dünyada ümumi müdafiə silahımıza çevrilə biləcək. Bu gün media birliyi daha da inkişaf edərək özünün tək media birliyi ilə yox, medianın köməkliyi ilə bütün türk dünyasının siyasi birliyinə nail olmalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə