"Məşədi Əzizbəyov" metro stansiyası noyabr ayının 1-dən bağlanacaq. Artıq bununla bağlı sözügedən stansiyanın qarşısında sərnişinlərin nəzərinə bu haqda məlumat çatdırılıb. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, Əzizbəyov metrostansiyasında təmir işləri xeyli vaxtdır başlayıb və artıq xeyli işlər görülüb: "Noyabrın 1-dən isə ilin sonuna kimi müvəqqəti bağlanacaq. Dekabr ayında isə "Məşədi Əzizbəyov" stansiyasının yeni girişinin açılışı olacaq. Belə ki, əsaslı təmir işləri çərçivəsində stansiyanın hazırkı çıxışı ləğv edilərək, yenisi tikilir. Yekunda Bakı metrosunda 2-ci şüşə konstruksiyalı stansiya olacaq. Stansiyada yeni giriş-çıxışın metal konstruksiyalı dayaqları quraşdırılıb. Yenidənqurma işlərinin yekununda metronun keçidlərində, platformasında, divarlara yeni üzlüklər çəkiləcək, işıqlandırma, keçid-nəzarət məntəqələri, kabel xətləri dəyişdiriləcək". Qurumdan bildirildi ki, noyabrın 1-dən stansiyanın giriş-çıxışı bağlı olduğuna görə, qatarlar tranzit olaraq, yəni stansiyada dayanmadan hərəkət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB