"20-ci sahəni" Bakı-Salyan şosesi ilə birləşdirən yeni tunel xətti çəkiləcək. Sözügedən təpəciklərlə çəkilən tunelin uzunluğu 800 metr olacaq.
Bununla belə, paytaxtın daha bir neçə hissəsində yeni tunel yollarının salınması layihəsinin reallaşdırılması nəzərdə tutulur.
SİA-nın məlumatına görə, uzunluğu 1200 metr olacaq ikinci belə bir tunel yolu "20-ci sahə"dən Botanika bağınadək çəkiləcək. Yeni tunellərin çəkilişi nəqliyyat vasitələrinə vaxta qənaət etməyə yardım edəcək. Eyni zamanda şəhərin mərkəzinə qədər uzanan məsafəni daha tez qət etməyə imkan yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB