Aynur Sofiyeva: \"Ana və uşaq ölümünün sayında ildən-ilə azalma müşahidə edilir\" - MÖVQE
Xəbər verdiyimiz kimi, BMT-nin Əhali Fondu "Dünya əhalisinin durumu-2011" ("State of world population-2011") adlı hesabat açıqlayıb. SİA-nın xəbərinə görə, planet əhalisinin əsas inkişaf tendensiyalarını əhatə edən hesabatda insanların sağlamlığı, təhsili, ömür uzunluğu və həyat keyfiyyətinə birbaşa təsir edən cəhətlər əks olunub. Hesabatda Azərbayacndakı vəziyyətlə bağlı məlumatlar öz əksini tapıb. Belə ki, sənəddə ümumi göstəricilərə görə, Azərbaycan əhalisi 9.3 mln., onlardan kişilər 4,6 mln., qadınlar isə 4.7 mln. nəfərdir. Şəhər əhalisi 52% təşkil edir. BMT-yə görə, Azərbaycanda 2010-2015-ci illər arası əhali 1,2% artacaq.2010-2015-ci illər arası ölkədə kişilərin orta ömür uzunluğunun 68, qadınlarda isə 74 il təşkil edəcəyi gözlənilir.
Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə təqribən 33 ölüm düşür. Hər 100 000 doğuş zamanı isə 38 ana dünyasını dəyişir. Azərbaycanda hər 1000 doğuşdan 42-si 15-19 yaşlı ananın payına düşür. Ölkədə doğuşların 88%-i peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12% ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir. Azərbaycanda məktəbli uşaqların 95-97%-i ibtidai və orta təhsil almaq imkanına malikdir. Savadlılıq dərəcəsi isə 100% təşkil edir.
BMT-nin bu hesabatına münasibət bildirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin sədr müavini Aynur Sofiyeva Azərbaycanda Ana və uşaq sağlamlığı ilə bağlı bir çox proqramların həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu istiqamətdə ölkədə aparılan işlər sayəsində ana və uşaq ölümünün sayında ildən-ilə azalma müşahidə edilir. Onun sözlərinə görə, bu istiqamətdə konkret mövqeyi Səhiyyə Nazirliyi bildirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB