Ərdoğan yaralıları ziyarət etdi

Ərdoğan yaralıları ziyarət etdi
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi əraziyə gələrək Van Dövlət Xəstəxanasındakı yaralıları ziyarət edərək, onlarla söhbət edib. SİA-nın xəbərinə görə, ziyarət edənlər arasında Ərdoğanla bərabər onun qızı Sümeyye Ərdoğan, baş nazirin müavini Bəşir Atalay, Təhsil naziri Ömər Dinçer, Səhiyyə naziri Rəcəb Akdağ və s. digərləri olub. Daha sonra nazir Van ərazisində axtarış-xilasetmə qruplarının işi ilə yaxından maraqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə