Həbs olunmuş Qəddafinin həmin andakı fotoşəkli yayıldı

Həbs olunmuş Qəddafinin həmin andakı fotoşəkli yayıldı
FRANS-PRESS xəbər agentliyi Liviyanın keçmiş rəhbəri Müəmmar Qəddafinin həbs olunduğu anın fotoşəklini yayımlayıb. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, fotoşəkil mobil telefonun kamerasından götürülüb. Təsdiq olunmamış digər məlumatlara görə M.Qəddafi aldığı yaralar nəticəsində həyatını itirib.
Daha öncə Liviya KİV-ləri məlumat verirdilər ki, ayağından güllə yarası almış eks-Liviya liderini Siirtin yaraltı tunellərin birində aşkar ediblər. Başqa məlumatlara görə isə o döyüş zamanı öldürülüb. Lkin üçüncü məlumata görə polkovnik avtomobil karvanı ilə şəhəri tərk edərkən, NATO aviasiyası tərəfindən bombalanma nəticəsində həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə