Ağdamda ərzaq günü keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Bənövşələr qəsəbəsində təşkil edilən tədbirdə ərzaq sərgisi təşkil olunub. Sərgidə kənd təsərrüfatı məhsulları ilə bərabər ərzaq məhsulları da nümayiş etdirilib. Tədbirdə kimi nehrə çalxalayıb, kimi isə sac üstündə yuxa bişirib.
Rayonun Bənövşələr qəsəbəsində yaşayan məcburi köçkünlər özləri becərdikləri kənd təsərrüfatı məhsullarını, eləcə də məktəbli şagirdlər əl işlərini sərgiyə çıxarıblar. Məcburi köçkünlər üçün salınan Bənövşələr qəsəbəsində keçirilən tədbirdə əsas məqsəd diqqəti ərzaq qiymətlərinin dəyişilməsinə, bu dəyişikliyin cəmiyyətin aztəminatlı hissəsinə təsirini azaltmağa, yerli səviyyədə görülməli olan işlərə yönəltməkdir.
BMT-nin Ağdamdakı ərzaq və kənd təsərrüfatı proqramının meneceri Oktay Gülmalıyev bildirib ki, son illər əksər ölkələrdə ərzaq qıtlığı yarandığından dünya bazarında ərzaq məhsulların qiyməti xeyli bahalaşıb. Onun sözlərinə görə, analoji vəziyətin Azərbaycanda da yaşanmaması üçün geniş kənd təsərfuatı lahiyələri həyata keçirilir.
Tədbirdə həmçinin, Ağdam rayonundan olan ən yaxşı fermerlər, eləcə də orta məktəb şagirdləri arasında keçirilən rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb.
Şamxal-Ağdam
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB