Pakistanın "Daily Times" qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildiriblər ki, məqalədə Azərbaycanın keçən əsrin 90-cı illərinin əvvəlində çox mürəkkəb siyasi və iqtisadi vəziyyətdə olduğu, yalnız ümummilli lider Heydər Əliyevin iradəsi nəticəsində mövcud problemlərin öhdəsindən gələ bildiyi qeyd edilib. Ulu öndər Heydər Əliyevin bütün müqavimətlərə baxmayaraq "Əsrin müqaviləsi"ni imzalaması və neftin məhz Bakı-Ceyhan kəməri ilə Qərbə nəqlinə nail olması ölkənin iqtisadi tərəqqisi və suverenliyi yolunda atılmış mühüm addım kimi qiymətləndirilib.
Bundan əlavə, yazıda 2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi və onun rəhbərliyi ilə ölkənin intibah yolunda inamla addımlaması xüsusi qeyd olunub. Məqalədə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi strateji əhəmiyyətli bir sıra enerji və nəqliyyat layihələri, respublikamızın regionda ən böyük investorlardan birinə çevrildiyi, ölkənin neft gəlirlərinin əhalinin rifahına və qeyri-neft sahəsinin inkişafına istiqamətləndiyi və bu kimi digər işlərdən bəhs olunub.
Müəllif müstəqil Azərbaycanın sənaye, kənd təsərrüfatı, tikinti, mədəniyyət və turizm sahələrində dinamik inkişafı haqqında da ətraflı məlumat verir, Olimpiya oyunlarında və "Eurovision - 2011" mahnı müsabiqəsində əldə edilmiş nailiyyətləri xüsusi qeyd edib.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığını və işğalçı siyasətini davam etdirdiyini, Azərbaycanın hərbi gücünün bu ölkədən dəfələrlə çox olmağına baxmayaraq humanist prinsipləri rəhbər tutaraq problemin sülh yolu ilə həll etmək əzmində olduğunu vurğulayıb.
Respublikamızın beynəlxalq təşkilatlarda fəal rolundan, həmçinin Prezident İlham Əliyevin İslam dəyərlərinin inkişafı yolunda həyata keçirdiyi tədbirlərdən bəhs edilən yazıda Pakistan–Azərbaycan münasibətləri, habelə zəlzələ nəticəsində Kəşmirdə dağılmış məktəbin yerində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni təhsil ocağının tikilməsi və onun ən müasir avadanlıqla təchiz edilməsi barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB