Salyan rayonunun qədimliyi sübut olundu

Salyan rayonunun qədimliyi sübut olundu
Azərbaycan ərazisində 3 əsr bizim eradan əvvələ aid olan maddi mədəniyyətə aid olan nümunələr aşkar olunub. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan SİA-ya verilən məlumata görə, tarixi nümunə Salyan rayonunun Cuxanlı və Neftçala rayonunun Şorkənd kəndləri arasında aşkarlanıb: "Sözügüdən ərazidə aparılan qazma işlərindən sonra gil bardağa bənzər qəbirlər və dini mərasimləri istifadə olunan əşyalar aşkarlanıb. Hazırda ərazidə tədqiqatlar davam edir. İlkin nəticələr o qənaətə gətirib ki, Salyan rayonunda yaşayış qədim keçmişə təsadüf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə