Məcburi köçkünlərə güzəştli kreditlər verilib

Məcburi köçkünlərə güzəştli kreditlər verilib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirilib. Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın və erməni işğalı altında olan digər rayonlarından olan 200-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün iştirak edib.
Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Ağcabədi rayonundakı "Atropatena" QSC-nin illik istehsal gücü 7,6 min ton süd olan 1000 başlıq cins iribuynuzlu müasir heyvandarlıq kompleksində, "Aqro-MTS" MMC-nin illik istehsal gücü 18 min ton olan ət kəsimi fabrikində və "Fidan" müəssisəsinin tutumu 5 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.
Tədbirdə məcburi köçkünlərin məskunlaşdığı ərazinin iqtisadi potensialına uyğun olaraq kiçik həcmli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan üç istiqamət üzrə: kiçik həcmli toxuculuq, tikişçilik və xalçaçılıq, müasir tələblərə cavab verən kiçik həcmli çörək istehsalı və meyvə - tərəvəz emalı sexlərinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 1314 investisiya layihəsinin maliyyələşdirilməsinə 107.8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 90.3 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 2.0 milyon manat və 1241 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 15.5 milyon manat güzəştli kredit vermib. Bu kreditlər hesabına maliyyələşdirən layihələrin reallaşdırılması nəticəsində 5200-ə yaxın yeni iş yerinin yaradlması nəzərdə tutulur. Fond tərəfindən indiyədək 579 məcburi köçkün sahibkara 6,6 mln. manat güzəştli kreditlər verilmiş, bu kreditlər hesabına 1400-ə yaxın yeni iş yeri yaradılıb. Sonra müvəkkil kredit təşkilatları vasitəsilə 36 sahibkarlıq subyektinə 437 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə