QDİƏT Fövqəladə Hallar qurumları rəhbərlərinin konfransı keçiriləcək
7-8 oktyabr 2011-ci il tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik funksiyasını yerinə yetirən Rusiya Federasiyasının təşkilatçılığı ilə Rusiya Federasiyasının Soçi şəhərində Təşkilata üzv dövlətlərin fövqəladə hallar qurumları rəhbərlərinin görüşündə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Böyükbəy oğlu Mirzəyev iştirak edəcək.
SİA-nın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə QDİƏT regionunda fövqəladə hallar zamanı yardım üzrə əməkdaşlığın gücləndirilməsi, imkanların araşdırılması, fövqəladə hallarla əlaqədar QDİƏT-ın digər beynəlxalq təşkilatlarla tərəfdaşlığı, seysmik təhlükənin qarşısının alınması üzrə region ölkələri arasında əməkdaşlıq və digər aktual məsələlərin müzakirəsi aparılacaq, habelə bir sıra sənədlər qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB