Fiziki şəxslərdən əmlak vergisi yerli büdcələrin əsas gəlir mənbələrindən sayılır. Qanunvericiliyə görə, bəzi obyektlər istisna olmaqla, fiziki şəxslərin mülkiyyətində olan bütün daşınmaz əmlaklar vergiyə cəlb edilməlidir. Son dövrlər xüsusilə paytaxtda fiziki şəxslərin əmlak vergisinin yığılması ilə bağlı bir sıra problemlər müşahidə olunur. Qanunvericiliklə bələdiyyələrə yerli vergiləri, o cümlədən fiziki şəxslərdən əmlak vergisini yığmaq səlahiyyəti verilsə də, yerli özünüidarə qurumları bu vəzifəni tam yerinə yetirə bilmirlər.
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, statistik göstəricilər 2010-cu ildə ölkə üzrə əmlak vergisi üzrə proqnozun 68% icra olunduğunu göstərir: "Belə ki, bələdiyyələr planlaşdırılan 3,9 milyon manat əvəzinə 2,7 milyon manat yığa biliblər. Yığım səviyyəsi 2009-cu ildə 48%, 2008-ci ildə isə 92% təşkil edib. Evlərin bir çoxunun, xüsusən də kənd evlərinin 90%-nin inventar dəyəri olmadığından, onların vergiyə cəlb edilməsi problem yaradır. Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 80%-dən çoxunun kənd yerlərinə aid olduğunu nəzərə alsaq, deməli, vergi yığımındakı problemin əksər bələdiyyələri əhatə etdiyini müşahidə edə bilərik: Vergi Məcəlləsinin 198-ci maddəsinə görə, fiziki şəxslərdən əmlak vergisi onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Yəni evin vergiyə cəlb edilməsi üçün onun inventar dəyərinin olması vacibdir. Əks halda, həmin evin vergitutma bazası olmayacaq. Vergi Məcəlləsinə gorə, inventar dəyəri 5.000 manata qədər olan əmlakdan vergi tutulmur, 5.000 manatdan baha olduqda isə 5000 manatdan çox olan hissənin 0,1%-i həcmində vergi tutulur".
Bir çox hallarda evlərin bələdiyyələr tərəfindən qiymətləndirildiyini və onlara təxmini vergi hesablandığını deyən ekspert, bunun qanuna zidd olduğunu deyir: "Yəni bələdiyyə evin inventar dəyəri əsasında verginin illik məbləğini hesablayır və vergi ödəyicisinə verginin məbləği barədə bildiriş göndərir. Ancaq əmlakın inventar dəyəri olmadıqda onun vergiyə cəlb edilməsi problem yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB