Kibercinayətkalıqla mübarizəyə dair beynəlxalq konfrans başlayıb

Kibercinayətkalıqla mübarizəyə dair beynəlxalq konfrans başlayıb

Bu gün kibercinayətlə mübarizəyə həsr olunmuş üç günlük konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın müvafiq qurumları, internet provayderləri, beynəlxalq mütəxəssislər iştirak edirlər. Tədbir ATƏT-in Bakı ofisi, Azərbaycan höküməti, ATƏT katibliyinin terrorizim əleyhinə fəaliyyət və strateji polis məsələləri şöbələri, eləcə də Avropa Şurasının dəstəyi ilə təşkil edilib. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib ki, bu günkü konfransın məqsədi kiber təhlükəsizliyinə hərtərəfli yanaşamağın bir hissəsi kimi kiber cinayətlə əlaqədar problemlər və onların həlli yolları haqqında məlumatlılığı artırmaqdır: "Biz hamımız təhlükəsiz internetlə bağlı məsələlərlə məşğul olmağın artıq əhəmiyyətini dərk edirik. Elə buna görə də qlobal kiber təhlükəsizliyi təmin etmək üçün kiber cinayətinə qarşı mübarizəyə ictimaiyyət, hökümətlər də cəlb olunmalıdır".

Tədbir zamanı kiber cinayətlərin istintaqında beynəlxalq əməkdaşlığın perspektivli yollarına dair müzakirələr aparılıb. Təşkilat kiber cinayətlərin tətbiqi kimi istifadə olunan qanuni çərçivə, mövcud beynəlxalq kondensiyalar, standartlar, eləcə də cinayət və cinayət qanunvericiliyinə dair mütərəqqi nümunələr və müvafiq inşa hüquqları məsələlərinə toxunublar. Gündəlikdə həmçinin kiber cinayəti və kiber cinayətləri istintaqı və tətbiqi üçün istifadə olunan yeni metodlar və texniki üsullar eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın təminatına dair müzakirələr aparılıb.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə