ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə oktyabrın 6-7-də Bakıda "Kibercinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kibertəhlükəsizliyin əsas vəzifəsi" mövzusunda konfrans keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə müvafiq dövlət orqanlarının və internet-provayderlərin, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak edəcəklər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tədbirə nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov qatılacaq.
Konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB