Hacıqabulun içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq - FOTO
Hacıqabul rayonunda yenidən qurulan içməli su təchizatı və kanalizasiya sisteminin təməl qoyma mərasimi keçirilib. Tədbirdə "Azərsu"ASC-ninsədri Qorxmaz Hüseynov və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Q.Hüseynov tədbirdə çıxış edərək Hacıqabul şəhərinin sakinlərinin içməli su problemini və çirkab sularını axıtmaq üçün yeni sistemin yaradılmasından danışıb. Bildirib ki, 2011-ci ilin büdcəsinə baxılan zaman düzəlişlər edilib. Prezident İlham Əliyevin göstərişi ilə ayrılan büdcə vəsaiti hesabına 11 rayonda su və kanalizasiya şəbəkəsinin yenidən qurulması lahiyəsi həyata keçirilir. Bu gün Hacıqabul şəhərində bu lahiyənin təməlini qoyulur. Bu lahiyənin başa çatma müddəti 12-15 ay nəzərdə tutulub. Hazırda Hacıqabul rayonun 60 faizi su il təmin olunur. Bu layihə gerçəkləşəndən sonra 24 saat fasiləsiz əhali içməli su ilə təmin olunacaq. Eyni zamanda kanalizasiya sistemi yenidən öz axımılı rejimi ilə təşkil olunacaq. Çirkab sular təmizlənərək Kürdəmir-Şirvan maqistral yolunun sol tərəfində yerləşən Şirvan kollektoruna buraxılacaq. Əsas hədəf əhalini təmiz içməli su ilə təmin etməkdir. Biz bu gün Hacıqabululların sağlam həyatı üçün önəmli olan layihəyə start vermişik.
Rayon rəhbəri Ə.Muxtarovda çıxış edərək bildirib ki, Hacıqabul şəhərinin su və kanalizasiya təchizatının yenidən qurulması bilavasitə Prezident İlham Əliyevin qayğısının təzahürüdür. Lahiyənin gerçəkləşməsi üçün səy göstərən "Azərsu" rəhbərliyinədə minnətdarlığımızı bildiririk deyən icra başçısı, hacıqabullular adından razılığını ifadə edib.
Məlumat üçün bildirirək ki, Hacıqabul şəhərində həyata keçirilən bu layihə əhalinin 2035-ci ilə qədər artımını nəzərə alınmaqla 30400 (hazırda 24800) nəfər üçün hesablanıb. Layuhə çərçivəsində şəhərin su təchizatının daimi özüaxımlı rejimdə olmaqla aparılması üçün relyefcə yüksək olan 2 nöqtə 2 və 5 min kubmetr həcmində su anbarlarının inşası nəzərdə tutulur. Şəhərdə ümumi uzunluğu 110 km-ə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi və 103 km-ə qədər kanalizasiya şəbəkəsi yaradılacaq. Rayonun şərq hissəsində, relyefcə çökək ərazidə kanalizasiya nasos stansiyası tikiləcək. Tikintini həyata keçirən "Hidrolotus"şırkətidir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB