Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ukrayna Həmkarlar İttifaqları nümayəndə heyəti ilə görüş olub - FOTO
Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı nümayəndə heyəti sentyabrın 5-dən 11-dək Bakıda işğüzar səfərdədir. Bu gün səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ukrayna Həmkarlar İttifaqları nümayəndə heyəti ilə görüş olub. SİA-nın xəbərinə görə, qonaqları salamlayan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb. O bildirib ki, Həmkarlar İttifaqının əsas məqsədi həmakrlar ittifaqı üzvlərinin maraqlarının, fərdi və kollektiv hüquqların, əmək münasibətlərinin, işçilərin sağlamlığının qorunması, sosial sığortaların təmin olunmasıdır. Komitə sədri qeyd edib ki, tolerant ölkə olan Azərbaycanda bir çox millətlərin və xalqların nümayəndələri yaşayır.
Bu gün respublikada 20 mindən çox ukraynalı yaşayır və onların hər biri Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Azərbaycanda Taras Şevçenko adına Ukrayna İcması, Ukrayna səfirliyi fəaliyyət göstərir. Ukraynada da çoxsaylı azərbaycanlılar yaşayır və təhsil alır, orada azərbaycanlıların güclü diasporu fəaliyyət göstərir. Bu gün Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin özündə 67000 üzvü birləşdirən 75 rayon və şəhər, 11 birləşmiş, 1475 ilk həmkarlar təşkilatlarını əhatə edir, 40-dan çox nazirlik və dövlət qurumunda çalışan işçiləri özündə birləşdirir. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Federasiyanın üzvü olaraq dünya ölkələrinin həmkarlar ittifaqları ilə dostluq əlaqələrinin genişlənməsinə və həmrəyliyinə daim dəstək verir. Ukraynanın həmkarlar ittifaqı nümayəndə heyətinin ölkəmizə səfəri iki dost ölkənin həmkarlar ittifaqı xadimləri arasında dostluq və işgüzar əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının rəhbəri Tatyana Nikitina dost ölkədə olduqlarından məmnunluq duyduqlarını bildirib və səmimi qarşılandıqlarına görə nümayəndə heyətinə öz təşəkkürlərini bildirib.
Daha sonra hər iki tərəf müxtəlif mövzularda müzakirələr aparıb, müəyyən suallar cavablandırılıb. Tədbirin sonunda Ukrayna və Azərbaycan həmkarlar ittifaqları arasında dostluq və əməkdaşlıq barədə saziş imzalanıb
Qeyd edək ki, sentyabrın 11-dən davam edəcək səfər çərçivəsində qonaqlar azərbaycanlı həmkarlarının iş və fəaliyyəti ilə tanış olacaq, Bakının, eləcə də respublikanın görməli yerlərinə gedəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB