Fitrə sədəqəsi Ramazan ayının əsas şərtlərindən biridir. İmkanı olan hər bir müsəlman bu müqəddəs ayda fitrə sədəqəsi verməlidir. Fitrə zəngin müsəlmanların Allahın əmri ilə bayramdan əvvəl kasıblara verdiyi sədəqədir. Bu sədəqə Ramazan ayına məxsus bir ibadət növüdür. Bu ibadətə görə, imkanı olan müsəlman kasıblara dinin müəyyən etdiyi ölçüdə sədəqə verir. Fitrə sədəqəsi bayram namazından əvvəl verilməlidir. Lakin bir müsəlman hər hansı bir səbəbdən sədəqənin verilməsini gecikdirsə, bayram namazından sonra da onu verə bilər. Ancaq bu fitrə sədəqəsi yox, sadəcə, sədəqə hesab olunur. Qeyd edək ki, fitrə sədəqəsi evdə olan hər kəsin adına verilməlidir. Eyni zamanda Ramazanın sonuncu günündə iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır.
Fitrə əsasən ehtiyac sahibi olan fəqirlərə verilməlidir: Hər kəs öz kasıb qohumuna və ya qonşusuna fitrə zəkatı verməsi savab sayılır. Fitrə sədəqəsi buğda, arpa və xurma ola bilər. Məhsulun qiyməti evdəki insanların sayına vurulur və çıxan miqdar fəqirə verilir. Ev sahibi Ramazan ayının son günündə şam azanından sonra həmin məbləği ayırmalıdır. Ramazan orucu və fitrə sədəqəsinin ayrı-ayrılıqda yerinə yetirilməsi vacib amillərdir. Hər ikisi müstəqil ibadətdir. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatı ödəməkdən azaddırlar.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata əsasən, bu il fitrənin miqdarı ailədəki hər nəfər üçün 1 manat olaraq müəyyənləşdirilib. Yəni 5 nəfərlik ailə 5 manat, 3 nəfərlik ailə 3 manat fitrə sədəqəsi verməlidir. İmkanı olanlar bu məbləği istənilən miqdara qədər çoxalda bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB