Göygöl rayonunda Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda treninq keçirilib. SİA-nın məlumatına görə, "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda keçirilən tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də 25-ə yaxın sahibkar iştirak edib.
Treninqdə biznes ideyanın yaradılması, kreditlərin alınmasında biznes-planın əhəmiyyəti, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə sahibkarlara ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB