Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
Bakıda və Abşeron yarımadasında avqustun 26-da yağış yağacağı gözlənilir. SİA-nın quruma istinadən verdiyi məlumata görə, buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacaq: "Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Rayonlarda avqustun 26-da arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 8-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək". Qurumdan o da bildirildi ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və sərin hava şəraitinin davam etməsi əksər meteohəssas insanlar üçün əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB