Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni binanın tikintisinə başlanılıb

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni binanın tikintisinə başlanılıb

Gəncə şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 9 mərtəbəli binanın tikintisinə başlanılıb. Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bina 163 mənzillidir və şəhərin Yeni Gəncə qəsəbəsində inşa olunur. Verilən məlumata görə, sözügedən binanın yaxınlığında əlavə 12 mərtəbəli tikili də ucaldılacaq ki, bu da sözügedən kateqoriyadan olan vətəndaşların mənzillə təminatını yaxşılaşdıracaq. Ümumilikdə, bu günə kimi Gəncə şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 ədəd 36 mənzilli bina inşa olunaraq istifadəyə verilib. Yenir tikilinin isə 2012-ci ildə mənzil sahiblərinə paylanması nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə