SAM Finlandiyada təşkil olunan beynəlxalq enerji konfransında təmsil olunacaq

SAM Finlandiyada təşkil olunan beynəlxalq enerji konfransında təmsil olunacaq

Avqustun 25-i Finlandiyanın Turku şəhərində Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə "Avropa regionunun enerji təhlükəsizliyi" mövzusunda illik beynəlxalq enerji konfransı keçiriləcək. Qurumdan SİA-ya verilən xəbərə görə, tədbirdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva ölkəmizi təmsil edəcək. Konfransın keçirilməsində məqsəd - MDB ölkələrindən olan enerji məsələləri üzrə ekspertləri bir araya gətirərək onlarla fikir mübadiləsi aparmaq və Finlandiyanın ekspert və akademik dairələrini MDB ölkələrinin enerji siyasəti haqda məlumatlandırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə